01.02.2023-cü il tarixdə Xocalı rayonu Meşəli kənd tam orta məktəbində Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili"nin elan olunması ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçrilib. Tədbirdə məktəbin pedoqoji kollektivi və şagird kollektivi iştrak ediblər. Məktəbin direktoru Aqil Alışov Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin keçrilməsi ilə bağlı məktəbin Tədbirlər Planını diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Məktəbin tarix müəllimi Sabir Qasımov Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xidmətlərindən danışıb. Sabir müəllim Ulu Öndər Heydər Əliyevin davamçısı Ali Baş Komandan Cənab İlham Əliyevin daxili və xarici siyasətindəndə tədbir iştrakçılarına geniş məlumar verib.